Bundesver İsraildən pilotsuz uçuş aparatları alacaq

Bundesver İsraildən pilotsuz uçuş aparatları alacaq
12:43 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 13 yanvar, AZƏRTAC
Almaniya Silahlı Qüvvələri İsraildə istehsal edilmiş döyüş təyinatlı “Heron TP” tipli 3-5 ədəd pilotsuz uçuş aparatı almağa hazırlaşır. AFR Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu məqsədlər üçün büdcədə 580 milyon avro vəsait nəzərdə tutulub. Müdafiə Nazirliyinin rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, söhbət gələcəkdə Bundesver üçün standarta çevriləcək döyüş təchizatlı dronlardan (pilotsuz uçuş aparatları) gedir.
Almaniya Müdafiə Nazirliyinin fikrincə, pilotsuz uçuş aparatları beynəlxalq hərbi missiyalar zamanı əsgərlərin müdafiə edilməsi üçün zəruridir. “Heron TP” tipli dronların Almaniyaya 2018-ci ildə göndərilməsi nəzərdə tutulur. Bundesver onları 6-8 il müddətinə lizinq müqaviləsi ilə almağı planlaşdırır. Bu halda dronlar üçün raketlərin tam dəyəri əvvəlcədən ödəniləcək.
Gələcəkdə bu döyüş maşınları başqa pilotsuz uçuş aparatları ilə əvəz ediləcək. Almaniya yeni aparatları Fransa və İtaliya ilə birgə hazırlamaq fikrindədir. Onların 2025-ci ildə istehsal edilməsi planlaşdırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bundesver_Israilden_pilotsuz_uchus_aparatlari_alacaq-918017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR