İngiltərənin enerji nəhəngi BP (British Petroleum) bu ilin sonunadək 4 min əməkdaşını ixtisara salacaq.
ANS PRESS-in verdiyi məlumata görə, neft bazarındakı azalan qiymətlərlə əlaqədar bu ilin sonunadək şirkətin qlobal əməliyyatlarında 4 min nəfərin işinit itirəcəyi bildirilir.
İxtisarların əsasən şirkətin neft axtarışı və hasilatı fəaliyyətlərini əhatə edəcəyi, bu sahədəki işçi gücü təxminən 20 min nəfərə qədər azaldılacağı qeyd edilir.
BP-nin ixtisarlarının 600 nəfərlik hissəsinin Şimal dənizindəki əməliyyatları əhatə edəcəyi də bildirilir.
BP Azərbaycanın mətbuat xidmətinin rəhbəri, Tamam Bayatlı ANS PRESS-ə açıqlamasında hələki şirkətin Azərbaycan sektorunda heç bir ixtisarın olmadığını deyib. "Şirkət rəhbərliyindən bu haqda məlumat daxil olmayıb".
Tamam Bayatlı BP Azərbaycanın mətbaut şöbəsinin rəhbəri