Daxili İşlər Nazirliyi Yevlaxda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılıb. Yevlax RPŞ əməkdaşları tərəfindən onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilib və o, tutulub.
Araşdırma aparılır.