Rusiya ilə ABŞ kəşfiyyatı əməkdaşlığa başladılar

Rusiya ilə ABŞ kəşfiyyatı əməkdaşlığa başladılar
13:12 13 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Barak Obama administrasiyası Moskvanın Bəşər Əsədi dəstəkləməsinə qarşı çıxmasına baxmayaraq Suriya münaqişəsi ilə bağlı ABŞ Rusiya ilə diplomatik və təhlükəsizlik sahəsində əhəmiyyətli partnyor oldu.

Milli.Az Modern.az-a istinadən bildirir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.                

Məlumata görə, hazırda Suriya böhranının həlli istiqamətində Rusiya-Amerika əməkdaşlığı çərçivəsində hərbi və kəşfiyyat idarələri müntəzəm təmaslarda olurlar.

Ağ Evin yüksək vəzifəli əməkdaşlarından birinin sözügedən nəşrə bildirdiyinə görə, Amerika hesab edir ki, Suriya münaqişəsinin siyasi yolla tənzimlənməsi məsələsində Rusiyanın ayrılmaz rolu olacaq.  

Qeyd edək ki, Suriya münaqişəsi 2011-ci ildən başlayıb və günə qədər davam etməkdədir. Rusiya, İran Suriya rejiminin rəhbəri Bəşər Əsədin hakimiyyətdə qalmasında maraqlıdır.  

Qərb dövlətlərinin bir çoxu, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qətər və s. ölkələr isə Suriyadakı konstruktiv müxalif qüvvələri dəstəkləyir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR