Hakerlər Çexiyanın baş nazirini şantaj edirlər

Hakerlər Çexiyanın baş nazirini şantaj edirlər
13:13 13 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 13 yanvar, AZƏRTAC
Neolivni.cz serverində yayılmış məlumata görə, polis Çexiyanın baş naziri Boquslav Sobotkanın elektron poçt qutusunun qanunsuz şəkildə dağıdılması və oradan oğurlanmış məktubların dərc edilməsi barədə işin əhatə dairəsini genişləndirib. İndi baş nazir barəsində şantaj cəhdləri də təhqiq edilir. Söhbət ondan gedir ki, ekstremist yönümlü “White Media” saytında hökumət başçısının elektron yazışmalarının məzmununun yayılması barədə hədə-qorxular dərc edilib. Bəyanatda deyilir: “Əgər bizlərdən kimisə həbs etsələr və ya bizim veb-səhifəmiz bağlansa, Boquslav Sobotkanın və onun quldur dəstəsinin digər üzvlərinin poçtunun bütün məzmunu açıqlanacaq. Bundan əlavə, hakerlər sizə total müharibə elan edəcəklər”.
Neovlivni.cz serverində bildirilir ki, milli təhlükəsizlik idarəsinin əlində baş nazir tərəfindən elektron poçt qutularından istifadə zamanı qanunun pozulması barədə sübutlar yoxdur. “White Media” saytının məlumatında isə bildirilir ki, baş nazir elektron poçt vasitəsilə məxfi sənəd göndərib. Müstəntiqlər hesab edilər ki, belə bir məktub haqqında bazar günü dərc edilmiş məlumat yalandır. “Məxfi sənəd” haqqında məlumatı hökumətin mətbuat katibi Martin Ayrer də təkzib edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR