FİFA prezidentliyinə namizəd Rusiyanı dünya çempionatından məhrum etməklə hədələyib

FİFA prezidentliyinə namizəd Rusiyanı dünya çempionatından məhrum etməklə hədələyib
13:23 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
FİFA prezidentliyinə seçkilər yaxınlaşdıqca namizədlər arasında rəqabət də artmaqdadır.
AZƏRTAC “İnside the games” saytına istinadla xəbər verir ki, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Həlifə sensasiyalı bəyanatla çıxış edib. Salman bin İbrahim Əl-Həlifə bildirib ki, beynəlxalq futbol qurumuna rəhbər seçilərsə, 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının iştirak ərizələrini yenidən nəzərdən keçirəcək.
Bu açıqlama isə ondan xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan dünya çempionatının baş tutması artıq indidən sual altındadır.
Ekspertlər və dünya bukmeykerlərinın proqnozuna görə, şeyx Əl-Həlifə fevralın 26-da keçiriləcək FİFA prezidentliyinə seçkilərdə favorit və başlıca namizəd hesab edilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FIFA_prezidentliyine_namized_Rusiyani_dunya_chempionatindan_mehrum_etmekle_hedeleyib-918032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR