Barak Obama: ABŞ “dünya polisi” deyil, dünya lider olaraq qalacaq

Barak Obama: ABŞ “dünya polisi” deyil, dünya lider olaraq qalacaq
13:43 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama yanvarın 12-də “ölkənin vəziyyəti” barədə ənənəvi və özünün sonuncu çıxışında Birləşmiş Ştatların dünyada lider olaraq qalacağını, lakin “dünya polisi” olmayacağını bildirib. Bunun əvəzində ABŞ öz cəhdlərini İŞİD qruplaşmasına qarşı mübarizəyə cəmləyəcək ki, buna da konqresin hərbi güc tətbiq edilməsi barədə icazəsi lazımdır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Obama, həmçinin dünya arenasında Çin və Rusiyanın əvvəlki kimi ABŞ-ın əsas rəqibi və tərəfdaşları olduğunu qeyd edib, Ukrayna və Suriyanı isə Rusiyanın təsiri altından tədricən çıxan ölkələr adlandırıb.
Çıxışının əvvəlində Obama növbəti prezidentin kimliyindən aşlı olmayaraq, yaxın gələcəkdə ABŞ hökumətinin üzərində işləməli olduğu bir neçə əsas problemi səsləndirib. Onlardan biri ölkənin “dünya polisi” olmadan liderliyi və təhlükəsizliyi təmin etməsinə aiddir.
“Biz böhranın başladığı ölkəni ələ keçirərək yenidən qurmağa cəhd etməməliyik. Bu, liderlik deyil, sadəcə olaraq münaqişəyə cəlb olunmaq, amerikalıların qanını axıtmaq, külli miqdarda vəsait xərcləmək deməkdir və yekunda bizi zəiflədəcək. Bu, bizim Vyetnamdan və İraqdan çıxarmalı olduğumuz bir dərsdir”, - deyə prezident ABŞ-ı dünyada daha genişmiqyaslı hərbi fəaliyyətə səsləyən respublikaçılara cavab olaraq bildirib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. İkinci prezidentlik müddətini başa vurmaqda olan hazırkı dövlət başçısı bu seçkilərdə iştirak etməyəcək. Məhz bu səbəbdən bir çox amerikalı siyasətçilər Obamanın çıxışını özündən sonra yaxşı miras qoyma cəhdləri kimi qiymətləndirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Barak_Obama_ABS_dunya_polisi_deyil_dunya_lider_olaraq_qalacaq-918040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR