Şirvanda sərxoş sürücü qəza törətdi

Şirvanda sərxoş sürücü qəza törətdi
13:47 13 Yanvar 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun şəhərin Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan sakini Əlizadə Məmmədov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə yuvarlanaraq aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb kimi sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/397525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR