Füzuli RİH başçısının birinci müavini: "İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar"

Füzuli RİH başçısının birinci müavini: "İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar"
13:57 13 Yanvar 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda rayon ərazisində vəziyyət sabitdir"
Bakı. 13 yanvar. REPORT.AZ/ Füzuli Rayon İcra Hakimiyyəti (RİH) rayonun Balabəhmənli kəndi ərazisində aksiya keçirilməsinə münasibət bildirib. RİH başcısının birinci müavini Bağır Aslanov "Report"a açıqlamasında deyib ki, Balabəhmənli kəndinin 500-ə yaxın sakini Bakı-Horadiz avtomobil və dəmir yolunu kəsməyə cəhd ediblər: "Aksiya keçirilən əraziyə rayon polis qüvvələri cəlb olunub. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin ərazidə sakinlərlə profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda rayon ərazisində vəziyyət sabitdir".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/fuzuli-ri-h-bascisinin-birinci-muavini-i-cra-bascisi-ali-aliyevin-sakinlerle-profilaktik-sohbetinden

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR