Dopinq testdən keçə bilməyən idmançılarımız 12 gün gözləyəcəklər

Dopinq testdən keçə bilməyən idmançılarımız 12 gün gözləyəcəklər
13:57 13 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Azərbaycanın dopinq-testdən keçə bilməyən 6 ağırlıqqaldıranı ilə bağlı qərarını yanvarın 25-də açıqlayacaq. Mili.Az bildirir ki, bu barədə Report-a Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, IWF iki ay öncə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatı zamanı orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatlarının tapılması ilə əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasını (AAAF) xəbərdar edib. Hazırda belə bir halın həqiqətən də baş verib-vermədiyi, problemin həlli yolları üzərində iş aparılır. AAAF məhz göstərilən tarixədək araşdırmalarını yekunlaşdırmalıdır. İ.Rüstəmzadə məsələnin müsbət həlli üçün əllərindən gələn köməyi göstərməyə çalışdıqlarını bildirib.

Qeyd edək ki, dünya çempionatında Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq), Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq), Dadaş Dadaşbəyli (105 kq) və Silviya Angelovadan (48 kq) götürülmüş dopinq-testin A nümunəsi müsbət nəticə verib. Hələlik B nümunəsinin açılmasına qərar verilməyib. Ağırlıqqaldıranlardan Dadaşov istisna olmaqla, qalan 5-i ikinci dəfə dopinq-testdən keçə bilməyib. Qaydalara əsasən, bu halda idmançıları ömürlük cəza gözləyir. Eyni zamanda AAAF 200 min dollar cərimələnə, Azərbaycan ağırlıqqaldıranları isə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxılmaya bilər.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR