Muzey əməkdaşlarının məqalələri Çexiyada çap olunan jurnalda dərc edilib

Muzey əməkdaşlarının məqalələri Çexiyada çap olunan jurnalda dərc edilib
13:58 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsi nəzdində fəaliyyət göstərən “Azərbaycanın və Xəzər Regionunun Tədqiqi Mərkəzinin bülleteni”nin növbəti nömrəsində Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri dərc edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın jurnalda ingilis dilində dərc olunan “Azərbaycan tikməsi (qurama) ənənəvi Azərbaycan interyerində” məqaləsində qurama tikmə növünün tarixi nümunələri, xüsusiyyətləri haqqında məlumat verilir.
Muzeyin elmi işçisi Emin Dadaşovun ingilis dilində “XIX-XX əsrin əvvəllərinə aid fotoşəkillər Azərbaycandakı sosial təbəqələrin öyrənilməsində mənbə kimi” məqaləsi muzeyin sənədli mənbələr fondunda qorunan fotoşəkillər əsasında yazılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muzey_emekdaslarinin_meqaleleri_CHexiyada_chap_olunan_jurnalda_derc_edilib-918045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR