Məmmədyarovdan Çavuşoğluna başsağlığı

Məmmədyarovdan Çavuşoğluna başsağlığı
13:59 13 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

 

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını, baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verərək xəsarət alanlara şəfa diləyib.

 

 

Elmar Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR