Kim Çen In hidrogen bombası üzərində işləyənləri mükafatlandırıb

Kim Çen In hidrogen bombası üzərində işləyənləri mükafatlandırıb
14:23 13 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Kim Çen In yanvarın 6-da sınaqdan keçirilən hidrogen bombası üzərində əməyi olan alimləri, texniki heyəti və işçiləri şəxsən mükafatlandırıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, mükafatlandırma mərasimi Koreya İşçi Partiyasının Pxenyanda yerləşən mərkəzi komitəsində keçirilib. Şimali Koreya lideri çıxışında KXDR-in öndə gedən nüvə dövlətləri sırasına qoşulduğunu bildirib, ölkəsindəki nizamı iqtisadi blokada və hərbi təzyiq yolu ilə pozmağa çalışan ABŞ-ı sərt tənqid edib.
“Vaşinqtonun aqressiv siyasəti nəticəsində Koreya yarımadası hər an nüvə müharibəsinin başlaya biləcəyi qaynar nöqtəyə çevrilib. Buna görə də KXDR-in hidrogen bombası hazırlamaq qərarı suveren dövlətin öz müdafiəsini təmin etmək məqsədi daşıyan qanuni haqqıdır”, - deyə Kim Çen In qeyd edib.
Xatırladaq ki, yanvarın 6-da Şimali Koreya hidrogen bombasını sınaqdan keçirdiyi barədə məlumat yayıb. BMT Təhlükəsizlik Şurasının bununla bağlı keçirilən təcili iclasında qurumun 15 üzvü yekdilliklə KXDR barədə yeni qətnamə hazırlamaq qərarına gəlib. ABŞ isə Şimali Koreyanın nüvə sınaqlarına cavab olaraq Cənubi Koreyaya strateji B-52 bombardmançıları göndərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kim_CHen_In_hidrogen_bombasi_uzerinde_isleyenleri_mukafatlandirib-918055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR