“Nar” daha bir təhsil layihəsinə dəstək verib

“Nar” daha bir təhsil layihəsinə dəstək verib
14:28 13 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“Nar” mobil operatorunun və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sinif icmaları” plan müsabiqəsi başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, plan müsabiqəsi şagirdlərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı və qarşılıqlı ünsiyyət imkanlarının gücləndirilməsinə yönəldilmiş bir layihədir. Bir sıra şirkət və qurumların tərəfdaşlığı ilə keçirilmiş müsabiqə ölkədə təhsilin inkişafına öz töhfəsini vermiş daha bir uğurlu aksiya olub.
“Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi ilə təşkil olunmuş müsabiqənin qalibləri qiymətli hədiyyələrə layiq görülüblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_daha_bir_tehsil_layihesine_destek_verib-918057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR