"Selfi" qadağan edildi

"Selfi" qadağan edildi
14:33 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hindistanın Mumbay şəhərinin bəzi ərazilərində “selfi” çəkmək qadağan edildi. Bu barədə Trend Türkiyənin NTV telekanalına istinadən məlumat verir.

2 nəfərin “selfi” çəkərkən dənizə düşərək ölməsindən sonra Mumbay polisi şəhərin 15 rayonunda “selfi” qadağası qoyub. Qadağan edilən ərazilərdən bəziləri çimərlik sahələridir.

Yaxın günlərdə mübahisəyə səbəb olan qərarla bağlı lövhələr quraşdırılacaq.

“Selfi” çəkənlərə hər hansı cəzanın verilib-verilməyəcəyinə dair hələ konkret qərar qəbul edilməyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2479849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR