Azərbaycanda banklardan kənardakı "exchange"lər bağlanıb

Azərbaycanda banklardan kənardakı "exchange"lər bağlanıb
16:54 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələrini ("exchange") bağlayıblar.

"Exchange" bazarında aktiv olan banklardan "APA-Economics"ə verilən məlumata görə, bu addım Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"na əsasən atılıb.

Bu Qaydanın bəndinə əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir.

Artıq bu qəbildən olan valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv olunub. Məsələn, Səməd Vurğun bağı ətrafında yerləşən "exchange"lər artıq bağlanıb.

"Bundan sonra valyuta mübadiləsi yalnız bankların filial və şöbələri daxilində aparılacaq", - deyə bankirlərdən biri qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR