Bərdədə yeni ailə quran 1700 şəxs tibbi müayinə olunub

Bərdədə yeni ailə quran 1700 şəxs tibbi müayinə olunub
14:43 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 13 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 
Azərbaycanda 2015-ci il 1 iyun tarixindən tətbiq edilən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, Bərdədə son yeddi ayda 1700 nəfər müayinə olunub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a bildiriblər ki, xəstəxana hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub, hematoloji kabinet yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.
Nikaha daxil olmaq istəyən şəxslər Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçirlər. Müayinələr zamanı 51 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılıblar. Bununla yanaşı, onlara xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilib, tibbi arayış təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_yeni_aile_quran_1700_sexs_tibbi_muayine_olunub-918065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR