Azərbaycanın Tacikistana göndərdiyi yardım ünvana çatdırılıb

Azərbaycanın Tacikistana göndərdiyi yardım ünvana çatdırılıb
14:47 13 Yanvar 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci ilin dekabr ayının 7-də Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb.
Bu barədə “Report”a FHN-dən bildirilib.
Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9,5 ton qənd, 9,5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanin-tacikistana-gonderdiyi-yardim-unvana-catdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR