Samiraldo ilə Anar barışdı

Samiraldo ilə Anar barışdı
15:40 13 Yanvar 2016
84 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı stilist Samiraldo (Samir Əliyev) həmkarı Anar Ağakişiyevlə barışığından danışıb.

Axşam.az-ın məlumatına görə Lent.az-a açıqlama verən stilist bildirib ki, uzun illər küsülü olduğu A.Ağakişiyevlə artıq münasibətləri normaldır:

“Əvvəllər aramızda inciklik olmuşdu. Mən müdafiə olunan tərəf idim. Amma hər insan arasında anlaşılmazlıq ola bilər. Qalmaqalımız oldu, keçdi. Tədbirlərin birində qarşılaşdıq və barışdıq. Anar əkizlər bürcü olduğuna görə, xasiyyəti bir az dəyişkəndir. Zamanla mənə qarşı dəyişdiyini görmüşəm. İnanıram ki, bundan sonra hər şey yaxşı olacaq. Yaxın günlərdə yenə görüşəcəyik”.

Qeyd edək ki, Anar Ağakişiyev 2012-ci ildə açıqlamasında Samiraldo barəsində bu sözləri demişdi:

“Düşünməyin ki, təkcə müğənnilər arasında zövqsüzü var. Stilistlərin də zövqsüzü var. Mən həmin insanların adını açıqlamaq istəmirəm. Onların ən zövqsüzlərinin sayı 10 nəfərdir. Sadəcə, mən onların adın çəksəm, onların səviyyəsinə enmiş olacağam. Hətta onların arasında biri var, onu ANS telekanalında tez-tez görürsünüz. O, efirlərə çıxanda da necə istəyir geyinir. Mən heç vaxt onun kimi geyinmirəm. Çünki biz adi insanlara örnəyik. Gənclər də onun geyimlərinə baxıb, onun kimi geyinməyə çalışacaq. Buna görə də o, geyimlərinə diqqət etməlidir. Bu necə ola bilər ki, bir kişi özünə Ledy Qaqa deyir. Burada ilk növbədə psixoloji durum məsələsi var. Özü də həmin şəxs mətbuata çoxlu yalanlar danışır. Siz də bilirsiniz ki, mən kimdən danışıram. Ancaq mən onun adını çəkmək istəmirəm. Bu, onun üçün böyük reklam olar”.

Samiraldo isə həmkarına cavab olaraq bu sözləri demişdi:

“Anarın qəti zövqü yoxdur. O nə geyinir ki? Ya cins şalvar, ya da qara şalvar, ağ corab. Onu da bizim heç əyalət rayonlarında geyinmirlər. Mən eşitməmişəm ki, kimsə desin ki, Anar Ağakişiyevin geyimlərində qeyri-adilik var. O, məni zövqsüz adlandırıb. Sizin sayta açıqlama verərkən mənim adımı çəkməməklə haqqımda fikir söyləyib. Amma hər kəs bildi ki, söhbət məndən gedir. O hər yerdə deyir ki, mən özümü Ledy Qaqa adlandırıram, zövqsüzəm və sair. Amma mən heç zaman özümə o adı verməmişəm. Mənim yeni adım var, Samiraldo”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR