Ötən il 104309 yeni abonent qeydə alınıb

Ötən il 104309 yeni abonent qeydə alınıb
14:53 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ilin dekabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21651 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4498-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17153-ü isə regionların payına düşüb. Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, ümumiyyətlə, ötən il əhali sektoru üzrə 104309 yeni abonent qeydiyyata alınıb. Bu göstəricinin də 32773-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 71536-sı isə regionlar üzrə olub. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 835 173-ə çatıb.

Ötən ilin dekabr ayında əhali sektoru üzrə 387 milyon 851 min 278 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 92,7 faiz təşkil edib. 1 yanvar 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 126554 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2479872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR