Moskva-Gəncə reysi təxirə düşdü (FOTO)

Moskva-Gəncə reysi təxirə düşdü (FOTO)
15:14 13 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada müşahidə edilən çovğun, qarlı hava şəraiti hava nəqliyyatının işində problem yaradıb. Bu günə nəzərdə tutulan onlarla təyyarə reysi təxirə salınıb. Ancaq “Domodedovo” hava limanından 18 təyyarə reysi havaya qalxa bilməyib. “Şeremetevo”da 34 reys təxirə salınıb.

Təxirə salınan reyslər arasında Azərbaycana olan uçuşlar da var. Moskvanın “Domodedovo” aeroportundan Lənkəran və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb.

ANS PRESS-in “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Lənkərana nəzərdə tutulan “U6 2421” və Gəncəyə həyata keçirilməli olan “U6 2411” saylı təyyarə reysləri təxirə salınıb. Uçuşlar “Ural Airlines” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi ilə həyata keçirilməli idi.


Domodedovo hava limanının uçuş cədvəli


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ANS PRESS-ə bildirib ki, AZAL bu istiqamətdə heç bir uçuşu təxirə salmayıb. Uçuşların qrafikində də heç bir dəyişiklik olmayıb.

Rusiyanın Milli Hava Yolları şirkəti “Aeroflot” gün ərzidə təxirə salınan reyslər barədə sərnişinləri xəbərdar edir. Pis hava şəraitinə görə daha 11 reysin də təxirə salınacağı bildirilir.


“Aeroflot” xəbərdar edir


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR