Fövqəladə Hallar Nazirliyinin Tacikistana göndərdiyi humanitar yardım ünvana çatdırılıb

Fövqəladə Hallar Nazirliyinin Tacikistana göndərdiyi humanitar yardım ünvana çatdırılıb
15:03 13 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci il dekabrın 27-də Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım yanvarın 13-də ünvana çatdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan 11 yük maşınından ibarət humanitar yardımın ümumi dəyəri 800 min manatdır. Yardıma 9,5 ton qənd, 9,5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 yataq dəsti (yastıq, ədyal, döşəkağı dəsti), 50 generator, 110 çadır, 6000 kvadratmetr dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_Tacikistana_gonderdiyi_humanitar_yardim_unvana_chatdirilib-918074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR