SOCAR və Gürcüstan hökuməti danışıqlar aparır: qiymət dəqiqləşdirilir

SOCAR və Gürcüstan hökuməti danışıqlar aparır: qiymət dəqiqləşdirilir
15:12 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, müzakirə predmeti Gürcüstana nəql olunan qazın qiymətidir.
 
Görüş KİV üçün qapalı şəraitdə keçirilir.
 
Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və onun birinci müavini, energetika naziri Kaxa Kaladze təmsil edir.
 
Xatırladaq ki, ötən gün K.Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR