​Davos Forumunun təşkilatçıları Şimali Koreyaya göndərdikləri dəvətnaməni geri götürüblər

15:12 13 Yanvar 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Məlumata görə, bu dəvətnamə hələ 2015-ci ilin payızında göndərilib. Ancaq rəsmi Pxenyanın sonuncu nüvə sınağı ilə əlaqədar forumun təşkilatçıları Şimali Koreya heyətinə göndərdikləri dəvəti geri götürüb.
"Son zamanlar Şimali Koreyada baş verən hadisələrə görə biz ötən ilin payızında göndərilən dəvəti qüvvədə saxlaya bilməzdik", - deyə təşkilatçılar vurğulayıb.
Xəbərə görə, Şimali Koreya rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq ediləcək.
"Reuters"in məlumatına əsasən, təşkilatçılar dəvəti geri götürsələr də Şimali Koreyanın xarici işlər naziri Li Su Yönun foruma qatılacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/davos-forumunun-teskilatcilari-simali-koreyaya-gonderdikleri-devetnameni-geri-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR