​Azərbaycandakı özəl uşaq bağçalarının qiymətində artım qeydə alınmayıb

​Azərbaycandakı özəl uşaq bağçalarının qiymətində artım qeydə alınmayıb
15:52 13 Yanvar 2016
68 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən özəl uşaq bağçalarının ödənişləri qiymət artımından sonra yüksəlməyib.
"Report"un apardığı sorğu nəticəsində məlum olub ki, 2014-cü illə müqayisədə ötən il bəzi bağçalarda qiymət artımı qeydə alınsa da, 21 dekabr 2015-ci ildəki devalvasiyadan sonra bağçalarda qiymət artımı yoxdur.
"Cırtdan" uşaq bağçasından "Report" a bildirilib ki, hazırda bağçada aylıq ödəniş 300 manatdır. 2014-cü ildə bağçada ödəniş 250 manat olub, 2015-ci ilin sentyabr ayından isə ödənişin məbləği 50 manat artırılıb.
"Baby plaza" bağçasında hazırda aylıq ödəniş 650 manatdır. Qiymətin artırılıb-artırılmayacağına gəlincə, bağçadan qiymət artımının gözlənilmədiyi bildirilib. Burada uşaqlara gündə 5 dəfə yemək verilir.
"Bal-balam" uşaq bağçasında aylıq ödəniş 300 manatdır. Bağçadan hələ ki, qiymət artımının gözlənilmədiyi bildirilib.
"Teremok" uşaq bağçasında aylıq ödəniş 400 manatdır. Bağçadan qiymətlərin yüksəlməyəcəyini bildiriblər.
"Kainat" uşaq bağçasında aylıq ödəniş hazırda 250 manatdır ki, bu da ötənilki qiymətlə eynidir.
"Nord" uşaq bağçasında ödənişlər 180 manatdır və bağçadan qiymət artımının gözlənilmədiyi bildirilib.
"Happy-Babies" uşaq bağçasından isə bildiriblər ki, bağçanın Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən iki korpusundan birində aylıq ödəniş 500, digərində 400 manatdır. Ödənişin fərqli olmasına səbəb korpuslardan birinin otaqlarının balaca olmasıdır. Həmin bağçanın Xətai filialında ödəniş 400 manatdır. Bağçadan qiymət artımının nəzərdə tutulmadığı bildirilib.
"Günəş" Uşaq Təkamül Mərkəzindən isə bildirilib ki, uşaqlar mərkəzə 3 yaşından qəbul olunur. Hazırda burada aylıq ödəniş 380 manatdır. Qiymət artımının isə gözlənilmədiyi bildirilib. Bu qiymətə həftənin 5 günü səhər saat 08:00-dan axşam saat 19:00-dək olan xidmət daxildir.
Bbağçaların əksəriyyətindən o da bildirilib ki, uşaq hər hansı səbəbdən bağçaya gətirlməzsə, bunun ödənişə aidiyyatı yoxdur, yəni aylıq ödəniş tam şəkildə ödənilməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/ozel-usaq-bagcalarinin-qiymetinde-artim-qeyde-alinmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR