İntihar etmiş tələbənin atası prokurorluğa çağırıldı

İntihar etmiş tələbənin atası prokurorluğa çağırıldı
15:52 13 Yanvar 2016
132 Digər
Ölkə mətbuatı
A- A+

Qızım Rumiyyə ilə bağlı dünən Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişəm. 

Milli.Az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, artıq Sumqayıt şəhər Prokurorluğundan onunla əlaqə saxlanılıb və açılan cinayət işi ilə bağlı ifadə vermək lazım olduğu bildirilib.

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb. 

Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.  

Tələbənin yaxınlarının və atasının modern.az-a verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.    
Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR