İqtisad Universitetində yeni ixtisaslar açılacaq

İqtisad Universitetində yeni ixtisaslar açılacaq
16:03 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yeni iqtisadi mühəndislik fakültəsinin yaradılması nəzərdə tutulur. Bu fakültənin yaradılması ilə bağlı yeni ixtisaslar açılacaq. Eyni zamanda, bu ildən ADİU MBA səviyyəsində səhiyyə menecerləri hazırlamağa da başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu universitetin rektoru, professor Ədalət Muradov jurnalistlərə müsahibəsində bildirib.
Rektor qeyd edib ki, bununla əlaqədar işəgötürənlərlə söhbətlər aparılacaq, ixtisaslar tələbata uyğun müəyyənləşdiriləcək. Əmək bazarının tələblərini öyrənmək üçün işəgötürənlərlə mütəmadi əlaqə saxlanılacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisad_Universitetinde_yeni_ixtisaslar_achilacaq-918098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR