Millət vəkili həlak olmuş neftçilərin xatirəsini belə yad etdi - FOTO

Millət vəkili həlak olmuş neftçilərin xatirəsini belə yad etdi - FOTO
16:05 13 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Aydın Mirzəzadə 40 gün öncə dənizdə həlak olmuş neftçilərin xatirəsini yad edib.

Milli.Az xəbər verir ki, bu gün "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın hadisəsinin 40-cı günüdür.

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili həlak olan neftçilərin xatirəsini yad etmək üçün Xəzərin sahilinə gələrək suya tər qərənfillər atıb:

"13 yanvar saat 12-də Dənizkənarı Milli Parkda həlak olan neftçilərin "40" mərasimi ilə bağlı keçirilən aksiyada dənizin sahilinə qərənfillər düzülüb. Həmin aksiyada mən də iştirak etdim və dəniz sularına 10 ədəd qərənfil atdım. Allah onlara rəhmət etsin".

Qeyd edək ki, yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılması nəticəsində özüldə güclü yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 11 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 22 nəfərin axtarışı davam etdirilir.

Pünhan Mirzə
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR