Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlir

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlir
16:05 13 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Məhəmməd Zakaullah yanvarın 14-də Azərbaycana səfərə gələcək.

Milli.Az bildirir ki, bu barədə report-a diplomatik mənbələrdən məlumat verilib.
Səfəri zamanı M.Zakaullah Azərbaycanın müdafiə nazirini general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, Hərbi Dəniz Qüvvələrinin komandanı və digər rəsmilərlə görüşəcək.
Müzakirələr zamanı iki ölkənin HDQ arasında əməkdaşlıq, qarşılıqlı olaraq Azərbaycan və Pakistanın hərbi məktəblərinə kursantların göndərilməsi, hərbi təhsil sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR