Azərbaycanda ötən il tullantılardan 182 mln. kVt/saat elektrik enerjisi alınıb

16:07 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, istehsal olunan enerjinin 28,5 mln. kVt/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kVt/saat isə elekrik şəbəkəsinə ötürülüb: "Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir". 
Qeyd olunur ki, ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanda-oten-il-tullantilardan-182-mln-kvt-saat-elektrik-enerjisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR