Arda Turan restoranda baş qırxdırdı - FOTO

Arda Turan restoranda baş qırxdırdı - FOTO
16:27 13 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur futbolçularından biri, İspaniyanın "Barselona" klubunun legioneri Arda Turan vətənindən dəvət etdiyi bərbərə saçlarını kəsdirib.

Milli.az Takvim-ə istinadən bildirir ki, Arda Turan Barseloanın ən məşhur restoranlarından biri sayılan "Botafumeiro"da masa arxasına əyləşib, bərbər Veysel Şenel də onun başını qırxıb.
Şenel sonradan bu "proses"in fotosunu İnstaqram-dakı profilində paylaşaraq "Kralımın saçını hər yerdə qırxaram" yazıb.

Restoranda saçını qırxdıran Arda Turan daha sonra sevgilisi Aslihan Doğan, habelə dostları Zafer Çika Oğulcan Enginlə nahar edib.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR