"Azərbaycan ağır günlərimizdə bizə dəstək verib"

"Azərbaycan ağır günlərimizdə bizə dəstək verib"
16:22 13 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ağır günlərimizdə həmişə bizə dəstək verib.

Report Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Avropalı Demokratlar Təşkilatının lideri Paata Davitaya ölkəsinin "İberiya" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, "Qazprom" Rusiya prezidenti Vladimir Putinin əlində silahdır: "O, bununla ölkəmizi bütünlükdə nəzarətə götürmək istəyir. Buna görə də hətta, uduzsa belə, heç kimə güzəştə getməyəcək. Odur ki, Putindən qorxanlar güzəştə gedirlər".

P.Davitaya bildirib ki, dünyanın "Qazprom"dan uzaq durmaq istədiyi birmənalıdır: "Bir neçə ay öncə Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom"la bağlı bəyanat verəndə, keçmiş baş nazir İrakli Qaribaşvili Rusiya şirkəti ilə əməkdaşlıqla bağlı müqavilənin hazırlanmadığını bildirdi. Bundan sonra onu "Gürcü arzusu"ndan qovdular. Yeni baş nazir isə təcili olaraq, "Qazprom"la işləməyə başladı".

P.Davitaya Azərbaycanın Gürcüstan etdikləri yardımları xatırladıb və deyib: "Azərbaycan bizi həmişə dəstəkləyib. Əks halda vəziyyətimiz çətin olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR