Yunis Hüseynov istefa verdi - yeni baş məşqçi kim oldu?

Yunis Hüseynov istefa verdi -   yeni baş məşqçi kim oldu?
16:27 13 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov istefa verib. Klubdan Fanat.az-a verilən məlumata görə, baş məşqçi bu gün postundan ayrılıb.


Artıq "Xəzər Lənkəran"ın yeni baş məşqçisi də müəyyənləşib. Komanda Elbrus Məmmədova tapşırılıb. Yunis Hüseynov isə yenidən idman direktoru vəzifəsinə qayıdıb.


Qeyd edək ki, Yunis Hüseynov 2015-ci ilin yayında baş məşqçi postuna qayıtmışdı. Onun gedişinə səbəb klub rəhbərliyinin transef etməmək və yaya qədər akademiyanın yetirmələri ilə oynamaq qərarı olub.


Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yunis-huseynov-istefa-verdi-t46766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR