Tullantıların zərərsizləşdiriliməsi nəticəsində əldə olunan elektrik enerjisi bir rayonun illik tələbatını ödəyir

Tullantıların zərərsizləşdiriliməsi nəticəsində əldə olunan elektrik enerjisi bir rayonun illik tələbatını ödəyir
16:28 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istehsal olunmuş enerjinin 28,5 milyon kilovat/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 milyon kilovat/saat enerji isə elektrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan bir illik tələbatının tam həcmdə ödənilməsi deməkdir.
Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tullantilarin_zerersizlesdirilimesi_neticesinde_elde_olunan_elektrik_enerjisi_bir_rayonun_illik_telebatini_odeyir-918111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR