Rusiyada polisi öldürən azərbaycanlıya ömürlük həbs

Rusiyada polisi öldürən azərbaycanlıya ömürlük həbs
16:55 13 Yanvar 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva şəhər məhkəməsi polisi öldürməkdə təqsirli bilinən azərbaycanlı Xəlil Sarıyevə ömürlük həbs cəzası verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sarıyev cəzasını ciddi rejimli həbsxanada çəkəcək.  

"Məhkəmə Sarıyevi xidməti vəzifəsini icra edən hüquq-mühafizə orqanı əməkdaşının fəaliyyətinə mane olaraq, onu öldürməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib", - deyə müdafiə tərəfinin vəkili deyib.  

İstintaqın məlumatına görə, 2015-ci il, aprelin 6-da azərbaycanlının da aralarında olduğu bir neçə nəfər mənzildə axtarış aparmağa gələn polisə müqavimət göstərib.

Xəlil Sarıyev mənzildəki karabin tipli ov tüfəngindən atəş açaraq polis kapitanı Sergey Jadobkini qətlə yetirib.  

Lakin azərbaycanlı məhkum özünü müdafiə məqsədilə bu addımı atdığını deyib. Xəlil Sarıyevin vəkilinin apelyasiya şikayəti vermək üçün 10 gün vaxtı var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR