​Türkiyə DİN başçısı: "Terrorçuluqda şübhəli bilinən 35 min 970 nəfərin ölkəyə girişi qadağan edilib"

​Türkiyə DİN başçısı: "Terrorçuluqda şübhəli bilinən 35 min 970 nəfərin ölkəyə girişi qadağan edilib"
16:52 13 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.13 yanvar. REPORT.AZ/ Terrorçuluğa və terroçulara himayədarlıq edən, terrorçu qruplaşmalar, o cümlədən İŞİD-lə əlaqədə şübhəli bilinən 35 min 970 nəfərin Türkiyəyə girişi qadağan edilib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Efkan Ala bildirib.
Onun sözlərinə görə, Suriyada münaqişə başlayandan terrorçuluğa qarşı mübarizə çərçivəsində Türkiyədə üç min 318 nəfər saxlanılıb, 847 nəfər həbs edilib: "Onların çoxu xarici ölkə vətəndaşıdır. 124 ölkədən 35 min 970 nəfərin Türkiyəyə girişinə qadağa qoyulub. Onların üç min 897 nəfəri Almaniya vətəndaşıdır. 92 ölkənin iki min 894 vətəndaşı Türkiyədən deportasiya edilib. Onlarında 94 Almaniya vətəndaşıdır". 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR