Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb

Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb
16:52 13 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəzaya düşüb.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.
Rayonun Z.Tağıyev küçəsində Bakı şəhər sakini Fuad Əliquliyev idarə etdiyi Braziliya səfirliyinə məxsus “Toyota” markalı avtomobillə qəza törədib. Səfirlik maşını Bakı sakini Ədalət Feyziyevə məxsus “Mercedes” markalı avtomobili vurub. Qəza zamanı “Mercedes” markalı avtomobil ciddi zədələnib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/braziliyanin-azerbaycandaki-sefirliyinin-emekdasi-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR