Xalq artistləri devalvasiya haqda: "Nə etmək olar?"

Xalq artistləri devalvasiya haqda: "Nə etmək olar?"
17:07 13 Yanvar 2016
92 Şou
Ölkə mətbuatı
A- A+

Manatın dəyərdən düşməsi qiymət artımına, bir çox məkanların bağlanmasına və insanların işsiz qalmasına səbəb olub. Dünyanın bir çox ölkələrində sənət adamları ölkədə yaşanan faciələrə, siyasi proseslərə, böhranlara münasibət bildirərək, ictimai fikrin formalaşmasına yardım edirlər. Onların bu addımı eyni zamanda xalqa dəstək kimi qiymətləndirilir.

Bəs, bizim yerli sənət adamları devalvasiya haqqında nə düşünürlər?

Axşam.az xəbər verir ki, musavat.com sənət adamları arasında sorğu keçirib və onların ölkədə yaşanan maddi böhran barədə fikirlərini öyrənib.

Xalq artisti Flora Kərimova maddi böhran haqda danışmaq istəməyib:
 
“Hamı kimi mən də insanam, bu ölkənin vətəndaşıyam. Yəqin ki, nə demək istədiyimi anladınız. Vəssalam, artıq nə isə demək istəmirəm”.

Xalq artisti Alim Qasımov devalvasiyanın ona da mənfi təsir etdiyini deyib:

“Hamı kimi devalvasiya bizə də pis təsir etdi. Nə etmək olar? “El ilə gələn dərd toy-bayram olar” deyiblər. İnanıram ki, tezliklə hər şey yaxşı olacaq”.

Xalq artisti İlhamə Quliyeva isə devalvasiyanı dünyanın oyunu adlandıraraq, ölkəmizə təsirinin olmadığını bildirib:

“Bizim böyük prezidentimiz var, devalvasiyanın bizə aidiyyatı yoxdur. Prezidentimiz devalvasiya olsa da, olmasa da, xalqını əziyyət çəkməyə qoymaz. O, xalqımızı həmişə çətinlikdən qurtarıb. Mənim xalqıma devalvasiyanın dəxli yoxdur. Devalvasiya dünyanın oyunudur. Bizim dünyanın ən böyük prezidenti İlham Heydər oğlu Əliyev kimi rəhbərimiz var. O, imkan verməz ki, dünyada gedən oyunların qurbanı olaq. Devalvasiya yoxdur, hər şey yaxşıdır. Hesab edin ki, bu sözləri sizə xalqımızın adından deyirəm. İlham Əliyev imkan verməz ki, xalqımız əziyyət çəksin, lazımı işlər görür ki, xalqı rahat olsun”.

Xalq artisti Mənsum İbrahimov çətin günlərin tezliklə bitəcəyinə inandığını vurğulayıb:

“Devalvasiya mənə də xalqa təsir etdiyi kimi təsir edib. Mən də bu ölkənin vətəndaşıyam. Bu, ümumi məsələdir. Bu, neftlə bağlı olan problemdir. Biz 90-cı illərdə də müxtəlif çətinliklər görmüşük. Həyatdır, bu cür problemlər olur. İnanıram ki, xalqla, dövlətlə birlikdə bu problemlərin öhdəsindən gələcəyik. Ümumi problemdir. Ümidli insanam. Hesab edirəm ki, bunun da öhdəsindən gələcəyik. Bizim Qarabağ kimi daha böyük problemimiz var. Ona görə də ruhdan düşmək lazım deyil. İnanıram ki, tezliklə vəziyyət düzələcək”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR