"Xəzər Lənkəran"da kimlər qaldı? - SIYAHI

"Xəzər Lənkəran"da kimlər qaldı? -   SIYAHI
17:07 13 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Baş məşqçi Yunis Hüseynovun istefası "Xəzər Lənkəran"da vəziyyətin nə qədər ağır olduğunu ortaya qoydu. Artıq Lənkəran klubunun mövsümün ikinci yarısına transfer etmədən çıxacağı dəqiqdi.

Maliyyə böhranından çıxa bilməyən klubda heyətlə bağlı ciddi problemlər yaranıb. Transfer qadağı üzündən mövsümə 14 futbolçu ilə başlayan "ağ-yaşıllar" həmin heyəti də qoruya bilməyib. Belə ki, 14 nəfərlik heyətdən Rahid Əmirquliyev, Manuel Skarlatake, Sadio Tounkara, Tural Cəlilov və Rasim Ramaldonov ayrılıb.

Qapıçı Orxan Sadıqlının komandada qalacağı gözlənilsə də, qarşıdakı iki gündə komandada bəzi dəyişlikliklərin ola biləcəyi deyilir. Böyük ehtimalla daha bir neçə futbolçu komandanı tərk edə bilər.

Gedənlərin yerinə akademiyadan gənc və təcrübəsiz futbolçular cəlb olunacaq.

"Xəzər Lənkəran"ın heyətində hazırda bu futbolçular qalıb:

Tərlan Qasımzadə, 
Orxan Sadıqlı 
Mahsum Qəmbərli 
İlyas Səfərzadə 
Elvin Mirzəyev 
Orxan Əliyev 
Elşən Rzazadə 
Kazım Kazımlı 
Elnur Cəfərov

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotda-kimlr-qald-t46767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR