Azərbaycana elektroşok gətirən şəxs tutuldu

Azərbaycana elektroşok gətirən şəxs tutuldu
17:12 13 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əkbər Mustafayevin baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq və elektroşok cihazının təsvirləri görünüb.

Lent.az-ın DGK-nın saytına istinadən məlumatına görə, həmin baqaja təkrar baxış zamanı Ə.Mustafayeva məxsus idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış 1 ədəd bıçaq və qutuya qablaşdırılmış 1 ədəd elektroşok cihazı aşkar edilərək götürülüb.
 
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən bıçaq bir tərəfi kəsici və ucu deşici xassəyə malik süngü-bıçaq formasında hazırlanmış soyuq silahdır.
 
Faktla bağlı təhqiqat aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR