Pablo Pikassonun 10 milyonluq irsi hərraca çıxarılır

Pablo Pikassonun 10 milyonluq irsi hərraca çıxarılır
17:23 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Pablo Pikassonun nəvəsi Marina Pikasso babasının 180-dək rəsm və heykəltəraşlıq əsərlərini hərraca çıxardıb. Bu əsərlər uzun illər dahi rəssamın emalatxanasında saxlanılıb və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib.
AZƏRTAC The Telegraph saytına istinadla xəbər verir ki, Sotheby`s hərrac evində ümumilikdə 70 heykəl və 106 rəsm əsəri satışa çıxarılacaq. Pikassonu rəssam kimi tam qiymətləndirməyə imkan verən bu əsərlərin qiyməti 4-180 min funt sterlinq ətrafındadır.
Hərrac fevralın 5-də Londonda keçiriləcək.
Qeyd edək ki, ötən ilin mayında Pikassonun “Əlcəzairli qadınlar” rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda 179, 365 milyon dollara satılaraq dünyanın ən bahalı incəsənət əsəri olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pablo_Pikassonun_10_milyonluq_irsi_herraca_chixarilir-918130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR