Bacısını məktəbin qarşısında öldürən qardaş həbs edildi

Bacısını məktəbin qarşısında öldürən qardaş həbs edildi
17:47 13 Yanvar 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Yevlaxda törədilən qətllə bağlı məlumat yayıb.

Azvision.az-ın nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılıb. Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin qadının qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilib və o, tutulub.

Qeyd edək ki, məlum hadisə Yevlaxda 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR