Stiven Siqala Serbiya pasportu təqdim edilib

Stiven Siqala Serbiya pasportu təqdim edilib
17:48 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Serbiya hökumətinin mətbuat xidmətinin yaydığı xəbərə əsasən, amerikalı aktyor və musiqiçi Stiven Siqala ölkənin vətəndaş pasportu təqdim edilib.
AZƏRTAC the Guardian saytına istinadla xəbər verir ki, Hollivud ulduzu bir neçə gün əvvəl Serbiya vətəndaşlığını alıb. Bu haqda müvafiq qərar isə 2016-ci il yanvarın 8-də Serbiyanın hökumət başçısı Aleksandr Vuçiç tərəfindən imzalanıb.
Serbiyada bir neçə dəfə olan Stiven Siqal xüsusilə Yeni il öncəsi Novi Sad şəhərində bayram şənliklərinə qatılıb, musiqi qrupu ilə Belqrad küçələrində konsertlə çıxış edib.
Ölkə rəhbərliyi ilə görüşən Siqal yeni vətəninin pozitiv imicinin təbliğ olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Stiven Siqal ötən ay Bakıda konsert proqramı ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stiven_Siqala_Serbiya_pasportu_teqdim_edilib-918148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR