Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq
17:48 13 Yanvar 2016
162 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 14-dən 29-dək (iş günləri nəzərə alınmaqla) Təhsil Nazirliyinin “Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, suallar şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməmələri xahiş olunur.
“Facebook” istifadəçilərinin diqqətinə çatdırılır ki, şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır. Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Həmin şərhlər cavablandırılmayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Nazirliyi_diaqnostik_qiymetlendirme_ile_bagli_suallari_cavablandiracaq-918147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR