Külli miqdarda siqaret və yuyucu toz vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Külli miqdarda siqaret və yuyucu toz vasitələrinin realizə edilməsinin qarşısı alınıb
17:48 13 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Gömrükçülər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret və yuyucu toz vasitələrinin realizə edilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Gəncə şəhər sakini Bağırov Nazir Oqtay oğlunun idarə etdiyi 20 DH 197 dövlət nömrə nişanlı Ford Transit markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 6016 ədəd xarici markalı siqaretlər və 423 kiloqram yuyucu toz vasitələri aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR