​Dərman satışında süni qiymət artıran şirkətin direktoru saxlanılıb

17:52 13 Yanvar 2016
60 Sosial
Ölkə mətbuatı
A- A+

Belə ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.
Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.
“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/derman-satisinda-suni-qiymet-artiran-sirketin-direktoru-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR