Tovuzda itkin düşən qızın qardaşı saxlanıldı

Tovuzda itkin düşən qızın qardaşı saxlanıldı
17:53 13 Yanvar 2016
446 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb. Trend-ə daxil olan məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayonu Polis Şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbirstanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.

Xatırladaq ki, Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR