Ət idxalına qadağa nə zaman qaldırılacaq?

Ət idxalına qadağa nə zaman qaldırılacaq?
18:05 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə və İranın bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalına qoyulan qadağa Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) məlumatından sonra götürülə bilər. BEB bizə məlumat göndərməlidir ki, xəstəlik ləğv olunub, qarşısı tamamilə alınıb və yayılma riski yoxdur. O zaman qadağa qüvvədən düşür.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib. O bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından hər həftə, bəzən gündəlik hesabatlar göndərilir: "BEB xəstəliyin ləğv olunması haqda bizə məlumat verən kimi, qadağa qüvvədən düşəcək və biz də aidiyyəti orqanları məlumatlandıracağıq".
 
Qeyd edək ki, Azərbaycan Türkiyənin Van, İğdır, Sinop, Qars, Çorum bölgələrində və İranın Qum bölgəsində dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar həmin bölgələrdən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR