Bakı tıxac içində

Bakı tıxac içində
17:44 30 Dekabr 2014
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib

 
 
Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bayramlar ərəfəsində paytaxtın əsas küçə və prospektlərində tıxac müşahidə olunur. Tıxac əsasən Nobel prospektində, Tbilisi prospektindən 20 yanvar dairəsi istiqamətində və Bülbül prospektində yaranıb.

 

Bundan əlavə, paytaxtın Yusif Səfərov, Zərifə Əliyeva küçələrindən şəhər istiqamətində, Mikayıl Useynov küçəsindən Azneft dairəsi istiqamətində, Əziz Əliyev küçəsində, Üzeyir Hacıbəyov küçəsində, 28 may küçəsində, Ağa Nemətulla küçəsində hər iki istiqamətdə, Abbasqulu ağa Bakıxanov küçəsində, Abbasqulu ağa Bakıxanov küçəsindən Statistika Komitəsinin qarşısındakı dairə istiqamətində, Binəqədi şosesinin hər iki istiqamətində, Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində analoji hal müşahidə  olunur.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR