Ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1,9 dəfə artıb

Ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1,9 dəfə artıb
18:13 13 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Dövlət Statistika Komitəsi 2015-ci ildə ölkəmizdə həyata keçirilən elektron ticarətin həcmini açıqlayıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib.
Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınıb. Bu istiqamətdə ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_elektron_perakende_ticaret_dovriyyesinin_hecmi_19_defe_artib-918159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR